Deputat Vasif Talıbovun istefasından danışdı: "Hər şey bir şəxsin iradəsindən asılıdır"


“Hər şey ancaq bir şəxsin iradəsindən asılıdır. Bəli, istefa bu formada olmalıdır. Sakit yolla bütün məsələlər həll oldu”.
Yeniavaz.com
xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Müsavat TV-nin efirində Vasif Talıbovun istefa verməsi ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
“Azərbaycanda belə proses yoxdur ki, kimsə kiməsə güc göstərsin. Görək, hansı struktur formalaşacaq. Ola bilsin ki, Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunsun. Ola bilər başqa kimsə sədr seçilsin”, - deputat bildirib.
O, jurnalistin “istefa bir şəxsin iradəsindən asılıdır deyirsiniz. Söhbət Vasif Talıbovun iradəsindənmi gedir?” sualına cavab olaraq bildirib ki, bunu deyərkən Prezident İlham Əliyevin iradəsini nəzərdə tutub.
S.Novruzov aparıcının “Prezident Vasif Talıbova istefa ver dedimi?” sualına isə belə cavab verib:
“Ancaq elə ola bilər”.

DİGƏR XƏBƏRLƏR

Top