Paşinyanın həyat yoldaşı barədə inzibati icraat başlandı


Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana məxsus “Mer Tiparan” adlı şirkət 2020-ci ildəki fəaliyyəti dövründə qanunla müəyyən edilən vergi öhdəliklərini yerinə yetirməyib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, “Mer Tiparan” vergi öhdəliklərinin siyahısı rəsmi elanların dərc edildiyi "azdarar.am" internet saytında yerləşdirilib və inzibati icraat barədə məlumat verilib. 
Bildirilib ki, mətbəə fəaliyyətiylə məşğul olan şirkət barəsində Dövlət Vergi Xidmətinin hüquq şöbəsində inzibati icraata başlanılıb.
Məlumatda qeyd edilib ki, vergi orqanında mövcud olan fərdi uçot kartının məlumatlarına əsasən, icra edilməmiş ümumi vergi öhdəliyi 1 796 575 dram (4 580 dollar), o cümlədən borclar 1 765 829 dram (4 504 dollar), cərimə isə 30 746 dram (78 dollar) olub.

DİGƏR XƏBƏRLƏR

Top