Vasif Talıbovun istefa verməsinin səbəbi açıqlandı - Deputat qalmaq istəyir


Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun bu gün istefa verməsi ilə bağlı məlumat yayılıb. V. Talıbov sessiyada özü iştirak etməyib. Ötən gecə Bakıdan qayıdan Vasif Talıbovun istefa ilə bağlı müraciətini müavini oxuyub.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, saat 12-də baş tutan sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefasını birinci müavini Azər Zeynalov səsləndirib.
Müraciətdə Vasif Talıbovun səhhətində yaranan problemlərə görə istefa verdiyini açıqlanıb.
Müraciətdə həm də V. Talıbovun Ali Məclisinin sədri vəzifəsindən istefa etsə də, deputat kimi fəaliyyətini davam etmək istədiyi qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top