ABŞ-dan Bəxtiyar Hacıyevin saxlanılması ilə bağlı açıqlama


"İnsan hüquqları günü ərəfəsində cənab Hacıyevin həbsi və saxlanması bizi narahat edir".
Yeniavaz.com
ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadla xəbər verir ki, bunu Departamentin rəsmi nümayəndəsi Ned Prays müvafiq suala cavabında deyib.
“Biz Azərbaycan hakimiyyətini onu tez bir zamanda azad etməyə çağırdıq. Bunlar bizim tərəfdaşlarımızla diplomatik kanallar vasitəsilə özəl olaraq apara biləcəyimiz danışıqlardır. Biz bütün dünya üzrə tərəfdaşlarımızla insan haqlarını geniş, sistemli, eyni zamanda ayrı-ayrı hallarda qaldırmaqdan çəkinmirik. Bura təbii ki, Azərbaycandakı tərəfdaşlarımız da daxildir”, - Prays bildirib.
Qeyd edək ki, "İctimai Siyasət İnstitutu"nun rəhbəri Bəxtiyar Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.
Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top