Vətən müharibəsində iştirak etmiş iki zabit faciəvi şəkildə öldü


Bu gün səhər saatlarında Fizuli rayonunun Fin şəhərciyi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, 1984-cü il təvəllüdlü Araz Nəzərov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırması nəticəsində özü və sərnişini 1989-cu il təvəllüdlü İlkin İmdadlı hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Yol qəzasında ölən şəxslər Azərbaycan Ordusunun zabitləri Kapitan Araz Nəzərov və baş leytenant İlkin İmdadlıdır. Onların hər ikisi Vətən müharibəsinin iştirakçıları olub.

DİGƏR XƏBƏRLƏR

Top