“Paşa Holdinq”ə bağlı şirkət ləğv olundu


Bir ay əvvəl – 2022-ci il 16 noyabr tarixində dövlət qeydiyyatına alınan “PMD Əmlak” MMC-nin (VÖEN - 1406228571) fəaliyyətinə xitam verilərək “Foton” MMC-yə (VÖEN – 1700439491) qoşulur.
Yeniavaz.com
 xəbər verir ki, “Foton” MMC “PMD Əmlak” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edib.
Xatırladaq ki, ötən ilin oktyabr ayında “Foton Əmlak” MMC (VÖEN-1405696541) adlı şirkət fəaliyyətinə xitam verilərək “PMD GROUP” MMC-yə qoşulub.
Xəbəri rus dilində oxuyun: Ликвидирована аффилированная с "Paşa Holdinq" компания

Qeyd edək ki, bir ay əvvəl qeydiyyata alınan “PMD Əmlak” MMC-nin hüquqi ünvanı ölkənin ən böyük şirkətlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda - Neftçilər prospekti ev 153-də yerləşir. 
Onu da qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “PMD GROUP” MMC-nin “Paşa Holdinq”ə bağlı olduğu bildirilir.
Şirkətin rəsmi veb-saytında qeyd olunur ki, “PMD GROUP” aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top