Zelenski Rusiyanın hücumundan sonra ilk dəfə bu ölkəyə səfər edəcək


“Capitol Hill” (ABŞ konqresi) bu həftə Konqresin birgə iclasında Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul etməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios.com” saytı məlumat yayıb.
Bildirilib ki, Konqres bu həftə 1,7 trilyon dollarlıq maliyyələşdirmə qanun layihəsinin bir hissəsi olaraq Ukraynaya 45 milyard dollarlıq əlavə hərbi və iqtisadi yardımı qəbul etməyə hazırlaşır və bu, ABŞ-ın ümumi yardımını 100 milyard dollara çatdırır.
Məlumata görə, ABŞ Kapitol Polisi bu gün potensial səfər üçün təhlükəsizliyi gücləndirir.
Zelenskinin səfəri ona bəzi Respublikaçılar Partiyasının lider şəxsləri şəxsən görüşmək şansı verəcək ki, onları ABŞ yardımının həyati vacib olduğuna və məsuliyyətlə istifadə olunduğuna inandırsın.
CNN bildirib ki, ABŞ Prezidenti Co Bayden də Zelenskini Ağ Evdə qəbul etməyi planlaşdırır və səfər ABŞ-ın Ukraynaya “Patriot” raket sistemləri göndərməsinin elanı ilə üst-üstə düşəcək.
Məlumat üçün bildirək ki, fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra Zelenski ölkəni tərk etməyib. Onun ABŞ-a səfəri barədə ilk məlumatı “Punchbowl News” yayıb.
Qeyd edək ki, Zelenski sosial şəbəkə hesabında etdiyi paylaşımda məlumatı təsdiqləyib:
“Sabitliyi və müdafiə qabiliyyətini gücləndirmək üçün ABŞ-a gedirəm. Xüsusilə də, ABŞ Prezidenti ilə əməkdaşlığı müzakirə etmək üçün. Mən də Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”.

DİGƏR XƏBƏRLƏR

Top