Şuşada aksiya on gündür davam edir - Canlı


Xəbər verdiyimiz kimi, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndində aksiya keçirir. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.
Yeniavaz.com
xəbər verir ki, sözügedən aksiya artıq 10 gündür ki, davam edir.
Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dinc aksiya davam etməkdədir.
Aksiyaçılar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər.
Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.
İctimai TV-nin hadisə yerindən yaydığı kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top