Pablo Pikassonun qızı vəfat etdi


Məşhur ispaniyalı rəssamı Pablo Pikassonun böyük qızı Maya Ruiz-Pikasso 87 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə A”gence France-Presse”  ailənin bəyanatına istinadla məlumat yayıb.
“Maya Ruiz-Pikasso bu səhər 87 yaşında ailəsinin əhatəsində vəfat edib”, - deyə məlumatda bildirilir. Ölümün səbəbi barədə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Ruiz-Picasso 1935-ci ildə Fransada anadan olub və 2017-ci ildə İspaniya vətəndaşı olub. İlin sonuna kimi Parisdəki Milli Pikasso Muzeyində böyük rəssamın atası ilə münasibətinə həsr olunmuş əsərlərindən ibarət sərgi keçirilir. 1938-ci ildə rəssam “Kukla ilə Maya” əsərini, həmçinin 1938-ci ilin yanvarından 1939-cu ilin oktyabrına qədər daha 13 əsərini ona həsr edib.

DİGƏR XƏBƏRLƏR

Top