Rusiyada partlayış oldu, qazın qiyməti qalxdı – Video


Rusiyanın Çuvaşiya subyektində qaz kəmərində partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Çuvaşiya Respublikası üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İlkin məlumata görə, yanğında 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
Mətbuat xidməti hazırda hadisə yerində dörd yanğınsöndürən texnikanın olduğunu bildirib.
Rusiya mətbuatında yer alan xəbərlərə görə, partlayışdan sonra Avropada qazın qiyməti 1000 kubmetr üçün 1200 dollara qalxıb.

DİGƏR XƏBƏRLƏR

Top