“Biz ikimiz birgə təcavüzkarıq, planetin ən zərərli və zəhərli insanlarıyıq”


Ötən gün Minskdə Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında danışıqlar keçirilib.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, iki ölkənin geniş tərkibdə nümayəndə heyətlərinin keçirdiyi görüş iki saat yarımdan çox davam edib.
Putinin daha sonra dediyi kimi, danışıqlar zamanı iqtisadiyyat, mədəni-humanitar, təhlükəsizlik və müdafiə sahələrində əlaqələrə dair məsələlər qaldırılıb. Rusiya Prezidenti Ukraynadakı müharibənin müzakirə edilib-edilmədiyini dəqiqləşdirməyib.
Belarusun Kreml tərəfindən ələ keçirilməsi ilə bağlı “sui-qəsd nəzəriyyəsi” barədə suala isə Putin belə cavab verib:
“Rusiyanın heç kimi udmaqda marağı yoxdur. Bunun sadəcə mənası yoxdur”.
Bundan əlavə, danışıqlardan sonra keçirilən mətbuat konfransında Lukaşenko özünü və Rusiya Prezidentini “təcavüzkar ortaq” adlandırıb:
“Biz ikimiz birgə təcavüzkarıq, bu planetin ən zərərli və zəhərli insanlarıyıq. Bizim yalnız bir mübahisəmiz var: kim daha böyükdür. Vladimir Vladimiroviç deyir ki, mən. Mən artıq onun olduğunu düşünməyə başlayıram. Yaxşı, biz birlikdə qərar verdik, bərabərik”.

DİGƏR XƏBƏRLƏR

Top