Şəfiqə Məmmədova yenidən sədr seçildi


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında qurumun nizamnaməsinə uyğun olaraq növbəti ümumi yığıncaq keçirilib.
Yeniavaz.com
xəbər verir ki, yığıncaqda İttifaqın sədri Şəfiqə Məmmədova geniş hesabat məruzəsi ilə çıxış edib.
Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən, yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri seçilib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin yenilənmiş tərkibi yığıncaq iştirakçıları tərəfindən təsdiq olunub. Sonra İdarə Heyəti üzvləri arasından 9 nəfərdən ibarət Katiblik seçilib.

DİGƏR XƏBƏRLƏR

Top