Şabran sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb


Şabran sakinlərində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Belə ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakinləri Cəlaləddin Məcidov və Elməddin Əmiraslanov saxlanılıblar.

Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top