DSX Akademiyasına yeni rəis təyin edildiyi bildirilir


Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına yeni rəis təyin edilib.

Yeniavaz.com Gununsesi.info-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə akademiyanın rəisi vəzifəsinə general-mayor Azər İbrahimov gətirilib. Əvvəlki rəis, general-mayor Aqil Babayev isə Xidmətin Aparatında başqa vəzifəyə təyinat alıb. Qeyd edək ki, Azər İbrahimov bu təyinata qədər DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi idi.

DİGƏR XƏBƏRLƏR

Top