Bəxtiyar Hacıyevə həbsdə işgəncə verilir? - Açıqlama


“Həbsdə olan ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin həyat və sağlamlığı son dərəcə təhlükə altındadır”.
Yeniavaz.com
xəbər verir ki, bunu hüquq müdafiəçisi Rüfət Səfərov bildirib.
O qeyd edib ki, şənbə günü səhər saat 5-də B.Hacıyevi kamerada qandallayıblar:
“Onu təhqir, hədə qorxu edə-edə, aşağılaya-aşağılaya soyuq bir kameraya aparıblar. 8 saatdan artıq qandallanmış vəziyyətdə soyuq kamerada saxlayıblar. Hüquq fəalları, hüquqşünaslar, şübhəsiz, inanırlar ki, bu, konkret fiziki işgəncədir, əzabvermədir. Bundan sonra B.Hacıyevi qandallanmış vəziyyətdə Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasının Elnur adlı rəisinin yanına aparıblar. Elnur Bəxtiyara hədə-qorxu gəlib, təhdid edib”.
Məsələ ilə bağlı Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov Yeniavaz.com-a açıqalama verib və hüquq müdafiəçisinin bütün iddialarını təkzib etdiyini bildirib. M.Sadıqov deyib ki, B.Hacıyevin saxlanıldığı yerdə, ümumiyyətlə, qaranlıq, soyuq kamera yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top