Azərbaycan ən çox bu ölkələrlə ticarət edir - Siyahı


Azərbaycanın xaricə ixrac etdiyi məhsullarn təxminən yarısı İtaliyanın payına düşüb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixrac olunan məhsulların 47,9%-i və ya 17,4 milyard dolları İtaliyaya edilib.
İtaliyadan sonra ən çox məhsul Türkiyəyə satılıb. Ümumi ixracın 9,2%-i və ya 3,3 milyard dolları Türkiyənin payına düşüb.
Bunlardan başqa Azərbaycan bu ilin ilk 11 ayında Hindistana 1,66 milyard dollar (ümumi ixracın 4,6%-i), İsrailə 1,58 milyard dollar (4,3%), Yunanıstana 1,36 milyard dollar (3,7%) Xorvatiyaya 952 milyon dollar (2,6%), Rusiyaya isə 859 milyon dollar (2,4%) dəyərində məhsul ixrac edib.
Bu ilin ilk 11 ayında Azətbaycan ən çox məhsulu Rusiyadan alıb. Yanvar-noyabr ayları ərzində Azərbaycan Rusiyadan 2,4 milyard dollar dəyərində məhsul idxal edib ki, bu da ümumi idxalın 18,7%-nə bərabərdir.
Türkiyə idxalda 2-ci sırda olub. 11 ay ərzində Türkiyədən 2 milyard dollar dəyərində məhsul gətirilib. Bu da ümumi idxalın 15,9%-i deməkdir. Növbəti yerlərdə Çin (1,87 milyard dollar), Almaniya (581 milyon dollar), Qazaxıstan (459 milyon dollar), ABŞ (435 milyon dollar) və İran (430 milyon dollar) qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top