Xəstə Xankəndi xəstəxanasından Ermənistana aparıldı


Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Xanlkəndidə olan bir xəstə Ermənistana aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyinin kommunikasiya və profilaktika proqramlarının rəhbəri Zara Amatuni verib.
Xatırladaq ki, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.
Sözügedən aksiyanın altıncı günü tamamlanmaqdadır və hazırda da davam edir.

DİGƏR XƏBƏRLƏR

Top