Təxirə salınan Bakı-Naxçıvan reyslərinin yeni vaxtı açıqlandı - Cədvəl


Bakı-Naxçıvan marşrutu üzrə dekabrın 17-nə planlaşdırılan J2-251 (saat 07:00) və J2-253 (saat 11:50) nömrəli reyslər bu gün, dekabrın 19-u yerli vaxt ilə saat 16:00-da həyata keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Naxçıvan-Bakı marşrutu üzrə dekabrın 17-nə planlaşdırılan J2-252 (saat 10:20) və J2-254 (saat 15:10) nömrəli reyslər bu gün, dekabrın 19-u yerli vaxt ilə saat 18:20-da həyata keçiriləcək.
"Sözügedən reysin sərnişinləri AZAL-ın ən böyük geniş gövdəli təyyarəsi “Airbus A340” ilə Naxçıvan hava limanına yola düşəcəklər.
Təxirə salınmış reyslərin sərnişinləri hava limanının qeydiyyat masasına öncədən yaxınlaşmalıdırlar.
AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Onların cədvəli tezliklə dərc olunacaq.
Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək", - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top