Emin Ağalarovun restoranında çıxan yanğın söndürüldü - Yenilənib


Bakıda Parlament prospektində yerləşən məşhur “Naxçıvan” restoranındakı yanğın söndürülüb.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 270 kvadratmetr olan restoranın bacasında yağ qalıqları və 4 poqonometr elektrik kabeli yanıb:
"Restoran yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".

***11:42
Parlament prospektində yerləşən məşhur “Naxçıvan” restoranında yanğın hadisəsi baş verib.

Bu barədə Yeniavaz.com-a hadisə yerindən görüntülər təqdim edilib.
Kadrlarda hadisə yerinə yanğınsöndürmə qüvvələrinin cəlb olunduğu görünür.
Qeyd edək ki, sözügedən iaşə obyekti Xalq artisti Emin Ağalarova məxsus restoranlar şəbəkəsinə daxildir.

DİGƏR XƏBƏRLƏR

Top