Pakistanda silahlılar hökumət binasını ələ keçirib


Bu gün bir qrup silahlı şəxs Pakistanın şimal-qərbindəki Bannu bölgəsində terrorla mübarizə mərkəzini ələ keçirərək hökumət orqanları ilə danışıqlar aparmaq üçün insanları da girov götürüblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bannu polisinin sözçüsü Muhəmməd Nasib bildirib ki, terrorçuların xaricdən hücum edib-etmədikləri, yoxsa onların silah-sursatları içəridəki işçilərdən ələ keçirdikləri məlum deyil.
Onun sözlərinə görə, bina təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
 

DİGƏR XƏBƏRLƏR

Top