Argentina dünya çempionu oldu

Qətərdə keçirilən futbol üzrə 22-ci dünya çempionatının qalibi bəlli olub.

Finalda Fransa yığmasını penaltilərdə 4:2 məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.


***21:40

Mbappe penaltidən daha bir qol vuraraq hesabı bərabərləşdirib.

***21:31

Oyunun 109-cu dəqiqəsində Lionel Messi Argentina millisini yenidən hesabda önə keçirib - 3:2.


***20:47

Kilyan Mbappe 82-ci dəqiqədə hesabı bərabərləşdirib. 

***20:45

Fransa millisi  80-ci dəqiqədə fərqlənib. Mbappe penaltidən qol vurdu.

***19:36

Di Mariya 36-cı dəqiqədə Argentina millisinin 2-ci qolunu vurub.

***19:24

Argentina millisi hesabı açıb.  Lionel Messi 23-cü dəqiqədə penaltidən fərqlənib.


***19:01

Qətərdəki 22-ci dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyunu başlayıb.

Yeniavaz.com xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxıblar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

DİGƏR XƏBƏRLƏR

Top