
Bu ilin ilk 11 ayı ərzində gömrük orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 71 fakt qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin yanvar-noyabr aylarında gömrük orqanları tərəfindən tutulan narkotik vasitələrin miqdarı 523 kiloqram 896 qram olub.
Qeyd edək ki, əvvəlki ilin analoji dövründə gömrük orqanları tərəfindən tutulan narkotik vasitələrin miqdarı bundan təxminən 4 dəfə çox olub. Belə ki, ötən ilin yanvar-noyabr aylarında gömrük orqanları tərəfindən tutulan narkotik vasitələrin miqdarı 2 ton 286 kiloqram 747 qram olub.
Tətbiqimizi yükləyə bilərsiniz