Kərkükdə partlayış - 10 İraq polisi həlak oldu


Bazar günü Kərkük əyalətinin şimalında ekstremistlərin bir neçə polis maşınının marşrutu boyunca yerləşdirdiyi bombanın partlaması nəticəsində İraq Federal Polisinin 10 əməkdaşı həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, partlayış baş verən zaman hüquq-mühafizə orqanlarının əməkdaşları əyalət mərkəzinin şimal-qərbində, Əl-Xuveycə kəndi yaxınlığındakı ərazidə patrul aparırdılar.
Polislərin Şimali İraqda fəaliyyət göstərən İraq Şam İslam Dövləti (İŞİD) yaraqlları tərəfindən pusquya salındığı bildirilir.
“Shafaq News” xəbər portalının məlumatına görə, partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə pusqu quran bir qrup radikal arasında atışma baş verib. Yaraqlılardan biri məhv edilib. Hazırda Əl-Xuveyci bölgəsində polis qaçmağa müvəffəq olmuş terrorçuların tutulması üçün genişmiqyaslı xüsusi əməliyyat keçirir.

DİGƏR XƏBƏRLƏR

Top