Hicabsız fotosunu paylaşan məşhur iranlı aktrisa saxlanıldı


İranlı aktrisa Təranə Əlidusti Məhsa Əmininin ölümündən sonra başlayan etirazları “qızışdırmaq” ittihamı ilə saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın yarı rəsmi agentliyi “Tasnim” məlumat yayıb.
Məlumata görə, saxlanılan aktrisa Əlidusti "yalan və təhrif olunmuş məlumat yaymaq", "iğtişaşları qızışdırmaq" və “İran əleyhinə qrupları dəstəkləmək”də ittiham olunur.
Qeyd edək ki, T. Əlidusti 2016-cı ildə ən yaxşı xarici film Oskarını qazanan "Furuşende (Satıcı)" filmindəki rolu ilə dünya şöhrəti qazanıb.
İranlı aktrisa noyabrın 10-da sosial media hesabında Məhsa Əmininin ölümündən sonra başlayan və üçüncü ayını geridə qoyan etirazlara dəstək olaraq hicabsız fotosunu yerləşdirib.

Dekabrın 8-də instaqram hesabında nümayişlərlə bağlı Muhsin Şikari adlı şəxsin edam edilməsinə reaksiya verən Əlidusti, bunları yazıb:
“Səssizliyiniz zülm və zülmə dəstək deməkdir. Qan tökülməsinə tamaşa edən və hərəkətə keçməyən beynəlxalq təşkilatlar bəşəriyyətin rüsvayçılığıdır”.

DİGƏR XƏBƏRLƏR

Top