Rəsmi Bakıdan Kanadanın Laçın dəhlizi ilə bağlı çağırışına - Cavab


Kanada Xarici İşlər Nazirliyinin Laçın yolunun yenidən açılmasına çağıran qərəzli bəyanatını qəti şəkildə rədd edirik.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter səhifəsində bildirilib.
“Kanada Ermənistanı Laçın yolundan qanunsuz hərbi və iqtisadi fəaliyyətlər üçün sui-istifadəyə, həmçinin  2021-ci ildə Ermənistan istehsalı olan minaların gətirilib basdırılmasına son qoymağa çağırmaqla sülh prosesinə daha yaxşı kömək edərdi”, - deyə XİN-in məlumatında qeyd olunur.
Qeyd edək ki, dekabrın 14-də Kanada XİN tvitter vasitəsilə Azərbaycan hakimiyyətini Laçın dəhlizini açmağa çağırıb:
“Kanada Laçın dəhlizinin bağlanmasını diqqətlə izləyir. Biz Azərbaycan hakimiyyətini hər hansı potensial humanitar təsirdən qaçmaq üçün dəhlizi yenidən açmağa və hərəkət azadlığını təmin etməyə çağırırıq”.
Xatırladaq ki, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.
Sözügedən aksiyanın altıncı günü tamamlanmaqdadır və hazırda da davam edir.

DİGƏR XƏBƏRLƏR

Top