Növbəti dünya çempionu kim olacaq? - Final bu gündür


Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün qalib məlum olacaq.
Yeniavaz.com xəbər verir ki, dünya çempionatının həlledici görüşündə Argentina və Fransa yığmaları üz-üzə gələcəklər.
“Lusail” stadionunda oynanılacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Millilərdən hansı qələbə çalsa, həmin ölkə üçüncü dəfə dünya çempionu ünvanına yiyələnmiş olacaq.

DİGƏR XƏBƏRLƏR

Top