Şuşa-Xankəndi yolu etirazçılar tərəfindən bağlanmayıb - Səfir


Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva həmin ölkənin "Le Monde" qəzetini tənqid edib.

Yeniavaz.com xəbər verir ki, səfir bu barədə tvitterdə bildirib.

O vurğulayıb ki, qəzet Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc edib.

"Le Monde" gözünü aç!

- Şuşa-Xankəndi yolu dinc etirazçılar tərəfindən bağlanmayıb, bütün mülki nəqliyyat azad şəkildə hərəkət edir;

- Halbuki Naxçıvan Ermənistana görə Azərbaycandan 30 ildir ki, ayrı düşüb (yol bağlanıb)", - deyə o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top