Xankəndi-Laçın yolundakı aksiya iştirakçıları Xorvatiya-Mərakeş oyununu izləyir


Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Xankəndi-Laçın yolunda aksiya keçirən ekofəallar və QHT təmsilçiləri böyük monitorda dünya çempionatının üçüncü yer uğrunda oyununu canlı izləyirlər.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, İctimai Televiziya aksiya keçirilən ərazidə böyük monitor quraşdırıb.

Monitorda Qətərdə keçirilən futbol üzrə dünya çempionatının üçüncü yer uğurunda oyunu - Xorvatita-Mərakeş matçı nümayiş etdirilir.

Aksiya iştirakçıları ilə yanaşı, Rusiya sülhməramlıları da matçı izləyir.

Bu fakt bir daha aksiyanın dinc məqsədli olduğunu nümayiş etdirir.

DİGƏR XƏBƏRLƏR

Top