"Əkrəm İmamoğlunun seçilməmə ehtimalı yoxdur"


“Türkiyə ali seçki qurumunun (YSK) sədri maraqlı izahatla çıxış edib. YSK rəhbəri bildirib ki, Əkrəm İmamoğlu namizəd olarsa və barəsindəki məhkəmə qərarı seçki öncəsi qüvvəyə minərsə, İmamoğlunun namizədliyi davam edəcək və o, seçkidə iştirak edəcək. Sadəcə olaraq, seçilərsə, mazbata (namizədin seçildiyini təsdiqləyən yekun YSK protokolu) alıb, fəaliyyətə başlaya bilməz. Halbuki güman olunurdu ki, məhkəmə qərarı qüvvəyə mindiyi andan namizədlik ləğv edilir və həmin namizəd seçkiyə buraxılmır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli sosial şəbəkə hesabında yazıb.
“Türkiyəni və türk xalqını az-çox tanıyan biri kimi deyirəm ki, prezident seçilib, xalq dəstəyini arxasına almış bir adamı (kim olursa olsun) heç bir məhkəmə qərarı və “mazbata problemi” ilə əngəlləmək mümkün deyil. “Altılı masa”nın yerində olsam, rahatlıqla İmamoğlunu vahid namizəd edərəm. Nə qədər səs alar, onu deyə bilmərəm, ama seçilməmə ehtimalı yoxdur. “İmamoğlu rüzgarı” parlament seçkilərində müxalifətin səslərinə də müsbət təsir göstərəcək. Amma burada əsas problem CHP rəhbərliyinin Kılıçdaroğlunun namizədliyində israrıdır, bu, masa daxilində problem yarada bilər. Çünki İyi Parti Kılıçdaroğlunun namizədliyinə soyuq baxır, sıravi CHP-lilər arasında da bu mövqeni bölüşənlər az deyil.
Bir məqamı qeyd edim ki, Türkiyədə YSK bizim MSK statusunda deyil, yüksək məhkəmə instansiyalarından biridir. YSK sədrinin sözləri siyasi mahiyyətli açıqlama yox, Konstitusiyanın və qanunvericiliyin seçkilərə dair müddəalarına şərh vermək səlahiyyətinə malik ali məhkəmə qurumunun hüquqi izahatı anlamına gəlir”, - politoloq bildirib.

DİGƏR XƏBƏRLƏR

Top