Oruc Zalov işdən çıxarıldı - Yerinə təyinat oldu


Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov vəzifəsindən çıxarılıb.
Yeniavaz.com
Qafqazinfo-ya istinadən xəbər verir ki, general Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Onun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Oqtay Kərimov təyin edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl 70 yaşı tamam olan və Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Oruc Zalov 1998-ci ildən daxili işlər nazirinin müavini vəzifəsində çalışırdı.

DİGƏR XƏBƏRLƏR

Top