“Rusiya münaqişə tərəfi olarsa, Ermənistan Suriyaya çevriləcək”


“Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlıları təmin edir və hamı onların hərəkətlərinə ümid edir”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Alternativ layihələr” qrupunun eksperti, erməni politoloq aqe Ovannisyan “News.am”a müsahibəsində deyib.
O, bildirib ki, Rusiya Federasiyası Qərblə ağır müharibə vəziyyətindədir, məhdud resurslar problemi var və hazırda Qarabağda bacardığı hər şeyi edir:
“Bundan başqa, Rusiya vasitəçidir və münaqişənin tərəfi ola bilməz. Rusiya münaqişənin tərəfinə çevrilərsə, Türkiyə də münaqişənin tərəfinə çevriləcək, Qərb də. Biz Suriyaya çevriləcəyik. Bizim məqsədimiz sülhdür, Ermənistanın Suriyaya çevrilməsi deyil. Əgər burada müharibə olmasını istəsək, o zaman İrəvan Dəməşqə və Hələbə çevriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top