İran banklarına kütləvi xaker hücumu ediləcək – Xəbərdarlıq


“Anonymous OpIran” xaker qrupu İran banklarına kütləvi hücumlar həyata keçirəcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qrupun sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, məqsəd rejimin maliyyə şəbəkəsinə maksimum ziyan vurmaqdır.
“Yaxın bir neçə gün ərzində zalımların maliyyə şəbəkəsini kəsmək üçün İran banklarına kütləvi infrastruktur hücumları başlayacaq. Zəhmət olmasa pulunuzu çıxarın. Bu ciddi xəbərdarlıqdır”.
Qeyd edək ki, “Anonymous OpIran” daha əvvəl Tehrandakı İmam Xomeyni hava limanının internet səhifəsini sındırıb.

DİGƏR XƏBƏRLƏR

Top