Hindistanın Baş naziri Putinlə danışdı


Hindistanın Baş naziri Narendra Modi ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Verilən açıqlamada Modi Putinə Rusiya-Ukrayna müharibəsi ilə bağlı dialoq və diplomatiyanın yeganə irəliləyiş yolu olduğunu söyləyib.
Bəyanatda liderlərin ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, o cümlədən enerji, ticarət, investisiyalar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq və digər sahələrə nəzər saldıqları qeyd olunub.
Telefon danışığı zamanı iki liderin müntəzəm təmasda olmaq barədə razılığa gəldiyi ifadə edilib.

DİGƏR XƏBƏRLƏR

Top