ABŞ-ın kifayət qədər “Patriot”u yoxdur – “Wall Street Journal”


ABŞ ordusunda kifayət qədər “Patriot” hava hücumundan müdafiə sistemləri (SAM) yoxdur və Vaşinqton onları Kiyevə göndərmək üçün müttəfiqlərinin arsenalından götürməli olacaq. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” jurnalında dərc olunan məqalədə deyilir. 15 dekabr tarixli hesabatda qeyd olunur ki, bu həftə Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin göndərilməsi qərarının tezliklə təsdiqlənə biləcəyinə dair məlumatlar ortaya çıxıb.
Ancaq, Vaşinqtonda hava hücumundan müdafiə sistemləri həddən artıq azdır və ABŞ raketdən müdafiə ehtiyaclarını ödəyə bilmir.
Qeyd edək ki, ABŞ hakimiyyətinin yaxın vaxtlarda “Patriot” hava hücumundan müdafiə sistemini Kiyevə köçürmək niyyətində olduğu barədə məlumat dekabrın 13-də CNN tərəfindən dərc edilib. Bu qərarı Pentaqonun rəhbəri Lloyd Ostin, daha sonra isə ABŞ prezidenti Co Bayden təsdiqləməlidir .
 

DİGƏR XƏBƏRLƏR

Top