Texniki-humanitar liseydə direktorun ad gününə yığılan pul geri qaytarıldı - Açıqlama


Paytaxtdakı Texniki-humanitar liseydə direktorun ad günü münasibətilə pul yığılması barədə daxil olmuş məlumatla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb.
Bu barədə İdarədən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib.
“Araşdırma zamanı məlum olub ki, 8F sinfinin valideyni məktəb direktoruna gül buketi almaq üçün pul yığılmasını sinfin digər valideynlərinə təklif edib. Təklifi qəbul edən bir neçə valideyn kart vasitəsilə 5 manat pulu könüllü olaraq ödəyiblər.
Araşdırma nəticəsində pul yığımının qarşısı alınıb və toplanmış vəsaitlər geri qaytarılıb. Digər siniflərdə analoji hallar müəyyən edilməyib” – deyə BŞTİ-dən bildirilib.
Qeyd edək ki, daha əvvəl sözügedən liseydə təhsil alan valideynlərdən biri Yeniavaz.com-a müraciət edərək məktəbdə direktorun ad gününə pul yığılması təşəbbüsü barədə məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top