Hazırda Azərbaycanda neçə Ukrayna vətəndaşı var?


"Hazırda ölkəmizdə 167 min əcnəbi yaşayır. Bunların içərisində qonşu ölkələrin - Rusiya, Gürcüstan, İran, Türkiyə və Ukrayna vətəndaşları üstünlük təşkil edir".
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Dövlət Miqrasiya xidməti rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Ukraynadakı hadisələrə görə fevral ayından müəyyən sayda Ukrayna vətəndaşı təxliyə edilib.
"Hazırda ölkəmizdə 7036 Ukrayna vətəndaşı yaşayır. İrandan da Azərbaycana gələnlər var. Onların dəqiq statistikası bəlli deyil. Onlar hava yolu ilə ölkəmizə daxil olurlar”, - deyə o əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top