Neft qurğularının elektrik avadanlıqlarını oğurlayan saxlanıldı - Video


Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Binəqədi qəsəbəsində 2 evdən məişət əşyaları və neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Elşən Əşrəfov tutularaq istintaqa təqdim olunub.

Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar istintaqa təqdim olunub.

"Elşən Əşrəfovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, 43-cü Polis Bölməsinə və ya ərazi polis orqanlarına məlumat verə bilərlər", - məlumatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top