“Heç kim Laçın dəhlizinin açılmasına zəmanət vermir” - Paşinyan


Ötən gün “Mülki müqavilə” fraksiyasının deputatları ilə baş nazir Nikol Paşinyanın görüşü baş tutub. Deputatlar Paşinyanla mövcud vəziyyəti müzakirə ediblər.
Yeniavaz.com
“ArmLur”a istinadən xəbər verir ki, deputatlar Baş nazirdən Laçın dəhlizinin nə vaxt açılacağını soruşublar.
Paşinyan deyib ki, hakimiyyət müxtəlif ölkələrin strukturları ilə əlaqə saxlayır, lakin onların heç biri dəhlizin açılması ilə bağlı konkret və aydın təminat vermir.
Rusiya Federasiyasının vasitəçilik missiyasına gəlincə, Paşinyan bu barədə də anlaşılan heç nə deməyib.
Qeyd edilib ki, bu iclasda iqtidaryönümlü deputatların əksəriyyəti iştirak etməyib.

DİGƏR XƏBƏRLƏR

Top