İki marşrut xəttinin hərəkət sxemi dəyişdiriləcək


Dekabrın 17-də Bakının Suraxanı rayonundakı dəmiryol keçidində aparılacaq təmirlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, 113 və 191 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemi müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top