Bəxtiyar Hacıyevin şikayəti rədd edildi - Həbsdə qaldı


Bakı Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Bakı Apellyasiya Məhkəməsi şikayəti rədd edib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

Məhkəmə qərarı ilə B.Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top