Oqtay Rəcəbov vəfat etdi


Əməkdar incəsənət xadimi professor, bəstəkar Oqtay Rəcəbov vəfat edib.

Bu barədə Yeniavaz.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tanınmış bəstəkar 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Oqtay Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika və İstehsalatın əsasları fakültəsini bitirib. Uzun müddət Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professoru olan bəstəkar 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir.

O, pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.

Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top