Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazidən - Fotolar


Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşdüyü ərazidən görüntülər lentə alınıb.
Yeniavaz.com
"Report"un yaydığı fotoları təqdim edir:







Qeyd edək ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfərin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə şəhid olub.Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndələri Kəlbəcər
rayonunundakı mina partlayışlarının baş verdiyi əraziyə səfər edib.

DİGƏR XƏBƏRLƏR

Top