Ötən gün şəhid olan hərbçi torpağa tapşırıldı – Fotolar + Yenilənib


Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətov dəfn olunub.
Yeniavaz.com
xəbər verir ki, dəfn mərasimində şəhidin yaxınları, hərbçi yoldaşları və rayon sakinləri iştirak ediblər.





***13:36
Ötən gün Kəlbəcər rayonunda ermənilərin basdırdığı minaya düşərək şəhid olan hərbçi Zöhrab Hümbətovla vida mərasimi keçirilir.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, şəhid hərbçinin cənazəsi anadan olduğu Tovuz rayonunun Aşağı Quşçu kəndinə gətirilib.
Şəhidlə yaşadığı evdə vida mərasimi keçirilir.
O, Aşağı Quşçu kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, dekabrın 14-də saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb.






Esmira Hidayətova

DİGƏR XƏBƏRLƏR

Top