Türkiyə Naxçıvana yeni Baş konsul təyin etdi


Türkiyə Naxçıvan Muxtar Respublikasına yeni Baş konsul təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Naxçıvandakı Baş konsulluğu məlumat yayıb.
Bildirilib ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, Asip Kaya Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu təyin olunub.
Diplomat bu gündən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, əvvəlki konsul Mehmet Emin Kiraz dekabrın 1-də fəaliyyətini başa vurub.

DİGƏR XƏBƏRLƏR

Top