Azərbaycanın məşhur komediya aktyoru, rejissor və teleaparıcı Müşviq Şahverdiyevə qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, iddia ölkənin tanınmış şirkətlərindən biri olan “Cinemazadeh” MMC (VÖEN – 1403588261) tərəfindən qaldırılıb.
Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına verilib. Məhkəmə iddiasının hansı səbəbdən qaldırıldığı bildirilmir.
Məlumat üçün bildirək ki, “Cinemazadeh” MMC 16.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 51, m. 20-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundzadə Cəfər Rafiq oğludur.
Xəbəri rus dilində oxuyun: Известная компания подала в суд на Мушвига Шахвердиева
Onu da qeyd edək ki, “Cinemazadeh” MMC-yə bağlı olan eyni adlı studiyada filimlər çəkilir və dublyaj olunur. “Cinemazadeh” MMC-nin paytaxtın aparıcı kinoteatrlarına sahib olan “Cinema Plyus” şirkətinin baş direktoru Zaur Darab-zadəyə məxsus olduğu bildirilir. “Cinemazadeh” MMC-yə məxsus olan və hazırda fəaliyyət göstərməyən “cinemazadeh.az” saytının sahibi də Zaur Darab-zadədir.
Onu da bildirək ki, bir qədər əvvəl Azərbaycanın aparıcı banklarından biri olan “Azər-Türk-Bank” ASC “Cinemazadeh” MMC-yə qarşı məhkəmə iddiası qaldırmışdı. Bu iddiaya isə Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyev tərəfindən baxılır.
A. Cəfərov