Uça bilməyən sülh göyərçininin görüntüləri gündəm oldu – Video


Xəbər verdiyimiz kimi, bir neçə gündür Şuşa-Xankəndi yolunda Qarabağdakı faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirilir.
Yeniavaz.com
xəbər verir ki, ötən gün aksiya iştirakçıları havaya sülh rəmzi olan 44 göyərçin buraxıblar.
Bu zaman ekoaktivistlərdən birinin havaya buraxdığı göyərçin uça bilməyib və yerə düşüb.
Belə ki, ekoaktivistlərin yaratdığı aksiyanın kürk geyinən xanım iştitakçılarından biri göyərçini əlində tutaraq çıxış edib. O, çıxışında aksiya iştirakçılarının sülh tərəfdarı olduğunu bildirərək havaya ağ göyərçin buraxacaqlarını deyib.
Daha sonra həmin xanım çıxışı zamanı əlində tutduğu göyərçini uçması üçün havaya buraxıb. Lakin göyərçin uça bilməyib və yerə düşüb.
Sözügedən anların görüntüləri sosial şəbəkələrdə bir çox istifadəçi tərəfindən paylaşılıb və müzakirələrə səbəb olub. İstifadəçilər göyərçini onu əlində tutan qadının bu hala gətirdiyini yazıblar. Onlar, adətən heyvan hüquqlarının tərəfdarı kimi çıxış edən ekoaktivistlərin göyərçini uça bilməyəcək hala gətirmələrini tənqid ediblər. Bəzi istifadəçilər göyərçinin hətta öldüyünü iddia ediblər. Onlar həmçinin ekoaktivistlərin heyvan dərilərindən hazırlanan kürklərlə aksiyada çıxış etmələrini də məntiqə uyğun hesab etməyiblər.

DİGƏR XƏBƏRLƏR

Top