Şuşa-Xankəndi yoluna gedən jurnalistlər “qara maskalılar” tərəfindən saxlanılıb? - Açıqlama


Şuşa-Xankəndi yolunda çəkiliş aparmaq istəyən “Meydan TV”nin reportyorları Bakıya geri qaytarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Xəyalə Ağayevə sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, əməkdaşlar Aytac Tapdıq və Teymur Kərimovla birlikdə “qara maskalılar” tərəfindən saxlanılıblar. Daha sonra Füzuli postunda düşürülərək taksilə Bakıya yola salınıblar.
Məsələ ilə bağlı açıqlama verən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, jurnalistlər icazələri olmadığına görə geri qaytarılıblar, saxlanılanlar yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top