İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun bu gün Ali Seçki Komissiyasının üzvlərini təhqir etdiyi iddiası ilə məhkəmə prosesi keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb.
Bildirilib ki, Prokuror Əkrəm İmamoğlunun “dövlət məmurlarını zəncirvari şəkildə təhqir etmək” cinayətinə görə 4 il 1 aya qədər həbs cəzası tələbi fikrini təkrarlayıb.
Daha sonra davam edən məhkəmədə İmamoğlu barəsində 2 il 7 ay 15 gün həbs edilməsi və siyasi fəaliyyətinə qadağa qoyulması barədə qərar verilib.
İmamoğlu ilk açıqlamasında “Mübarizəmiz hələ yeni başlayır”, - deyə bildirib.