Saakaşvili yenidən aclıq aksiyasına başladı


Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili yenidən aclıq elan edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Şalva Xaçapuridze bildirib.
O qeyd edib ki, buna səbəb keçmiş Prezidentin bugünkü məhkəmə iclasında iştirakının təmin edilməməsidir.
Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı keçiriləcək məhkəmə iclası onun iclasda onlayn iştirakını təmin edəcək avadanlıqların olmaması əsas gətirilərək təxirə salınıb.

DİGƏR XƏBƏRLƏR

Top