İrəvanda Rusiya səfirliyi yaxınlığında aksiya keçirilir


Qarabağda yaşayan bir qrup erməni Rusiyanın Ermənistandakı səfirliyi yaxınlığında aksiya keçirib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları onların bu hərəkətinin anti-Rusiya xarakteri daşımadığını bildiriblər.
Onlar qeyd ediblər ki, Laçın dəhlizinin açılması üçün hansı tədbirlərin görüldüyünü öyrənmək üçün səfirliyin nümayəndələri ilə görüşmək istəyirlər.
Bundan əlavə Ermənistan hökumətinin binası qarşısında müxalif Respublikaçılar Partiyası aksiya keçirib və Laçın dəhlizinin açılması üçün tədbirlərin görülməsini tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top